Reseptlər
GYOZA İLƏ PAK CHOİ GÖBƏLƏKLİ ASİYA BULYONU
Evdən çıxmadan şərq dadından həzz alın. GYOZA, ənənəvi Çin pak-choi kələmi və şimeci göbələyi ilə bu asan hazırlanan Asiya bulyonunun dadına baxın.
Daha çox
GYOZA İLƏ PAK CHOİ GÖBƏLƏKLİ ASİYA BULYONU
4 porsiya
4 porsiya üçün sizə lazım olanlar:
- 400 q VIČI GYOZA mal əti ilə
- 1,2 l mal ətinin bulyonu
- 3 diş sarımsaq
- 2 sm zəncəfil kökü
- 2 baş pak-choi kələmi
- 100 q şimeci göbələyi
- 2 xörək qaşığı soya sousu
- 1 xörək qaşığı küncüt yağı
- duz, istiot
- yaşıl soğan
- küncüt
Hazırlama
- Sarımsağı, zəncəfili və pak-choi xırda-xırda doğrayın.
- İsti tavada sarımsaq və zəncəfili yağda qovurun, göbələk və pak-choi əlavə edin və bir neçə dəqiqə daha qovurun.
- Tavanın içindəkiləri qazana qoyun, bulyon, soya sousu və küncüt yağı tökün. Duz və istiot əlavə edin və qaynama nöqtəsinə çatdırın.
- Bulyon qaynayandan sonra GYOZA əlavə edin və bulyonun üzünə çıxana qədər təxminən 4 dəqiqə daha bişirin.
- Doğranmış yaşıl soğan və küncüt ilə süfrəyə verin.
QYOZA SİÇUAN BİBƏRİ YAĞI İLƏ
Acı yeməkləri sevirsiniz? Bu resept sırf sizin üçün hazırlanmışdır. GYOZA və Siçuan bibərinin kombinasiyası acı dad həvəskarlarını dərhal Asiyaya aparacaq, səciyyəvi ətir və təkrarolunmaz ləzzət yaradacaq ki, bunu da mütləq hiss etmək lazımdır.
Daha çox
QYOZA SİÇUAN BİBƏRİ YAĞI İLƏ
2 porsiya
2 porsiya üçün sizə lazım olanlar:
- 400 q VIČI GYOZA tərəvəz ilə
- yaşıl soğan
- küncüt
Siçuan bibəri yağı üçün lazım olanlar:
- 3 xörək qaşığı Siçuan bibəri lopaları
- 80 ml günəbaxan və ya raps yağı
- 2 sm zəncəfil kökü
- 1 dəfnə yarpağı
- 1 ulduz anis
- 1 darçın çubuğu
- duz
Siçuan bibəri yağından sous üçün lazım olanlar:
- 2 xörək qaşığı Siçuan bibəri yağı
- 2 xörək qaşığı soya sousu
- 2 xörək qaşığı küncüt yağı
- 2 xörək qaşığı düyü sirkəsi
- 2 diş sarımsaq
Hazırlama
- İstiliyə davamlı qaba Siçuan bibəri lopaları, dəfnə yarpağı, anis və darçın çubuğunu əlavə edin. Yağı tavaya tökün, zəncəfil əlavə edin və zəncəfil qaralmağa başlayana qədər qızdırın. Yağı ədviyyat qarışığı olan qaba tökün. Bir neçə saniyə ərzində yağ köpüklənəcək və ədviyyatlar qızaracaq. Yağ bir az soyuduqdan sonra zəncəfil, dəfnə yarpağı, anis və darçın çubuğunu çıxarın. Zövqünüzə görə duz əlavə edin.
- Siçuan bibərindən yağlı sous hazırlamaq üçün inqrediyentləri qarışdırın: 2 xörək qaşığı hazır Siçuan bibəri yağı, soya sousu, qovrulmuş küncüt yağı, düyü sirkəsi və əzilmiş sarımsaq dişləri.
- GYOZA-ları qaynar suya salın və vam odda təxminən 4 dəqiqə üzə çıxana qədər bişirin.
- GYOZA-ların üzərinə Sıçuan bibəri yağından hazırlanmış sous tökərək və doğranmış yaşıl soğan və küncüt toxumu səpərək süfrəyə verin.
GYOZA İLƏ ASİYA KASASI
Əsl Asiya kasasını hazırlamaq çox asandır. Bu ənənəvi, asan hazırlanan və bütün dünyada məşhur Şərq resepti, reseptdə başlıca rol oynayan krevetli GYOZA ilə mükəmməl uyğunlaşan şirin və turş, eyni zamanda təravətləndirici dadı ilə sizi sevindirəcək.
Daha çox
GYOZA İLƏ ASİYA KASASI
2 porsiya
2 porsiya üçün sizə lazım olanlar:
- 300 q krevetli VIČI GYOZA
- 1 kök
- bir neçə qırmızı kələm yarpağı
- 1 avakado
- bir dəstə turp
- 2 xörək qaşığı düyü sirkəsi
- bir damcı limon suyu
- 0,5 çay qaşığı şəkər
- duz
- qızartmaq üçün yağ
- 2 xörək qaşığı soya sousu
- təzə keşniş
- küncüt
Hazırlama
- Kökü nazik doğrayın, düyü sirkəsi, şəkər və duz ilə qarışdırın.
- Avokadonu kublar şəklində doğrayın və üzərinə limon suyu sıxın.
- Turpu dilimlərlə, qırmızı kələmi isə zolaqlarla kəsin.
- GYOZA-ları qovurun. Bağlı bir qaba kifayət qədər yağ əlavə edin və 160°C-yə qədər qızdırın. GYOZA-ları qızdırılmış yağa qoyun, tavanı örtün və 3-4 dəqiqə qızardın.
- Hazırlanmış kök, avokado, turp, qırmızı kələm və GYOZA-ları boşqaba düzün. Üzərinə soya sousu əlavə edin , küncüt səpin və təzə keşniş ilə süfrəyə verin.
QIRMIZI KARRİ QYOZA İLƏ
Şərq ləzzətləri boşqabınızda! Asiya mətbəxini tərəvəz əlavə olunmuş, acı və çox ətirli karri olmadan təsəvvür etmək mümkün deyil. Diqqətlə seçilmiş inqrediyentlər isə tərəvəz və toyuq ilə mükəmməl uyğunlaşan və xüsusilə şirəli olan GYOZA dadını açacaq.
Daha çox
QIRMIZI KARRİ QYOZA İLƏ
4 porsiya
4 porsiya üçün sizə lazım olanlar:
- 400 q VIČI GYOZA tərəvəz və toyuq ilə
- 1 soğan
- 3 diş sarımsaq
- 2 sm zəncəfil kökü
- 1 kök
- 1 paprika
- 100 q brokkoli
- 60 q yaşıl noxud
- 2 xörək qaşığı qırmızı karri pastası
- 400 ml kokos südü
- 1 yaşıl limonun suyu
- duz, istiot
- bir neçə damcı günəbaxan yağı
- təzə keşniş
- çili bibəri
- laym
Hazırlama
- Soğan, sarımsaq və zəncəfili xırda doğrayın. Kök, bolqar bibəri və brokkolini doğrayın.
- Sarımsağı, soğanı və zəncəfili isti tavada bir az yağla qızardın. Doğranmış tərəvəz və noxud əlavə edin. Qızardın, tavadan çıxarın və bir qaba qoyun.
- Tavaya bir az da yağ əlavə edin və GYOZA-ları arxası üstə düzün. Vam odda təxminən 4 dəqiqə bişirin. Arxa hissəsi yaxşıca qızardıqda, tavaya qaynar su əlavə edin ki, GYOZA yarıdan az örtülü olsun. Qapaqla örtün və 2-3 dəqiqə buğda bişirin.
- Tavaya qızardılmış tərəvəzləri əlavə edin. Kokos südünü tökün, qırmızı karri pastası, duz və istiot əlavə edin və yaşıl limonun suyunu sıxın. Hamısını qarışdırın və 10-15 dəqiqə daha pörtlədin.
- Təzə keşniş, dörddə bir laym dilimi və acı bibər dilimləri ilə süfrəyə verin.
ASİYASAYAĞI GYOZA TƏRƏBƏZ İLƏ
Asiya yeməklərinin hazırlanması çox asandır. Tez və asanlıqla stir-fry qızartma üsulu ilə ənənəvi Asiya tərəvəz yeməyi hazırlayın. Rəngarəng pörtlədilmiş tərəvəzlər və xüsusi qaydada hazırlanan sous əlavə edilmiş və xırtıldayan toyuqlu GYOZA yalnız Şərqə xas olan müstəsna dad yaradacaq.
Daha çox
ASİYASAYAĞI GYOZA TƏRƏBƏZ İLƏ
4 porsiya
4 porsiya üçün sizə lazım olanlar:
- 400 q toyuqlu VIČI GYOZA
- 1 paprika
- 1 kök
- 100 q brokkoli
- 60 q yaşıl noxud
- 60 q şimeci göbələyi
- 60 q qarğıdalı
- 50 q bambuk zoğları
- 4 xörək qaşığı soya sousu
- 2 diş sarımsaq
- 1 xörək qaşığı qəhvəyi şəkər
- 1 çay qaşığı qovrulmuş küncüt yağı
- 60 ml toyuq bulyonu
- yarım xörək qaşığı qarğıdalı nişastası
- bir neçə damcı yağ
- yaşıl soğan
- küncüt
Hazırlama
- Bibər, kök, brokkoli və sütül qarğıdalını doğrayın.
- Tavanı azca yağ ilə qızdırın və yaşıl noxud, şimeci göbələyi və bambuk zoğları ilə doğranmış tərəvəzləri qarışdıraraq qızardın. Tərəvəzləri tavadan çıxarın və bir qaba qoyun.
- Tavaya bir az da yağ əlavə edin və GYOZA-ları arxası üstə düzün. Vam odda təxminən 4 dəqiqə bişirin. Arxa hissə yaxşıca qızardıqda, tavaya qaynar su əlavə edin ki, GYOZA yarıdan az örtülü olsun. Qapaqla örtün və 2-3 dəqiqə buğda bişirin.
- Sous üçün inqrediyentləri qarışdırın: soya sousu, əzilmiş sarımsaq, qəhvəyi şəkər, qızardılmış küncüt yağı, toyuq bulyonu, qarğıdalı nişastası.
- Tərəvəzləri tavaya əlavə edin, hazırlanmış sousu tökün və sous qatılaşana qədər qarışdıraraq qızdırın.
- Doğranmış yaşıl soğan və küncüt toxumu ilə süfrəyə verin.
MANQO VƏ MARAKUYA KREMİ MANQOLU GYOZA İLƏ
Əsas yemək, qəlyanaltı və ya desert - bu şirin GYOZA resepti bütün həyat hadisələri üçün yarayacaq. Marakuyi və manqodan ibarət Asiya kremi ilə süfrəyə verilən ekzotik manqolu GYOZA-lar hətta əsl qurmanları təəccübləndirəcək, kokos yonqarı və nanə isə GYOZA və kremin xüsusi dadını mükəmməl şəkildə vurğulayacaq.
Daha çox
MANQO VƏ MARAKUYA KREMİ MANQOLU GYOZA İLƏ
2 porsiya
2 porsiya üçün sizə lazım olanlar:
- 200 q manqolu VIČI GYOZA
- 1 manqo
- 1 yaşıl limon
- 4 marakuya
- 150 ml xama
- kokos yağı
- iri kokos yonqarı
- nanə yarpağı
Hazırlama
- Manqo kublarını yemək prosessoruna qoyun və laym suyunu sıxın. Püreni hazırlayın və kasaya qoyun.
- 2 marakuya soyun və lətini manqo püresinə əlavə edin.
- Xamanı çalın və manqo – marakuya qarışığına əlavə edin.
- Tavaya bir az kokos yağı əlavə edin və GYOZA-ları arxası üstə düzün. Vam odda təxminən 4 dəqiqə bişirin. Arxa hissə yaxşıca qızardıqda, tavaya qaynar su əlavə edin ki, GYOZA yarıdan az örtülü olsun. Qapaqla örtün və 2-3 dəqiqə ərzində buğda bişirin.
- Manqo və marakuya kremi ilə süfrəyə verin. Üstünə GYOZA-ları düzün və üstünə qalan marakuya toxumları, kokos yonqarı və nanə yarpaqları səpin.
ALMALI GYOZA AĞCAQAYIN SİROPUNDAN HAZIRLANAN SOUS VƏ VANİLLİ DONDURMA İLƏ
Boşqabda buxara bürünən GYOZA, zərif sous və dondurma - bundan yaxşı kombinasiya ola bilərmi? Ağcaqayın siropu sousunda almalı GYOZA hər hansı bir şirniyyat sevəni heyrətləndirə bilən müstəsna ləzzətli, hazırlanması asan, lakin zərif desert olacaq.
Daha çox
ALMALI GYOZA AĞCAQAYIN SİROPUNDAN HAZIRLANAN SOUS VƏ VANİLLİ DONDURMA İLƏ
2 porsiya
2 porsiya üçün sizə lazım olanlar:
- 200 q almalı VIČI GYOZA
- 180 ml ağcaqayın siropu
- 1 xörək qaşığı rom
- bir çimdik duz
- kokos yağı
- vanilli dondurma
- pekan qozu
Hazırlama
- Tavaya bir az kokos yağı əlavə edin və GYOZA-ları arxası üstə düzün. Vam odda təxminən 4 dəqiqə bişirin. Arxa hissə yaxşıca qızardıqda, tavaya qaynar su əlavə edin ki, GYOZA-lar yarıdan az örtülü olsun. Qapaqla örtün və 2-3 dəqiqə ərzində buğda bişirin.
- Ağcaqayın siropunu və romu qazana tökün və bir çimdik duz əlavə edin. Sous qaynayana qədər qızdırın. GYOZA-ları əlavə edin və qarışdırın.
- Vanilli dondurma və doğranmış pekan qozu ilə süfrəyə verin.